Azərbaycanda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional bürosunun sessiyası keçiriləcək. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirlinin SİA-ya verdiyi xəbərə görə, beynəlxalq tədbir sentyabrın 12-dən 15-dək davam edəcək. Tədbirdə Azərbaycan və qonşu ölkələrlkə yanaşı, 53 avropa ölkəsinın səhiyyə nazirlərinin iştirakı nəzərdə tutulub. Sessiyada səhiyyə sistemində yeni nailiyyətlərin tətbiqi, vərəmə dair strategiyanın qəbul olunması və antibiotiklərin düzgün istifadəsi kimi məsələlər ətrafında müzakirə aparılacaq.
3 gün davam edəcək beynəlxalq tədbir çərçivəsində Azərbaycan höküməti ilə ÜST Avropa regional bürosu arasında ikiillik saziş imzalanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB