Qızıl və gümüş medalla təltif olunan şagirdlər qəbul imtahanlarında yüksək nəticə göstərib

Qızıl və gümüş medalla təltif olunan şagirdlər qəbul imtahanlarında yüksək nəticə göstərib

Məlum olduğu kimi, 2010-2011-ci tədris ilində ilk dəfə olaraq, təhsil aldığı müddətdə xüsusi nailiyyətlər qazanan tam orta təhsil üzrə məzunlar qızıl və gümüş medalla təltif ediliblər. SİA-nın xəbərinə görə, məzunların qızıl və gümüş medalla təltif olunması Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası" əsasında həyata keçirilib. Qızıl və gümüş medallar verilərkən Təhsil Nazirliyinin keçirdiyi yoxlama və buraxılış imtahanlarının, həmçinin, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi sınaq imtahanlarının nəticələri də nəzərə alınır.

Qızıl və gümüş medalla təltif olunmuş şagirdlərin hamısı ən yüksək balla ölkəmizin aparıcı universitetlərinə və dünyanın nüfuzlu ali məktəblərinə daxil olublar. Həmçinin, ölkədə keçirilən fənn olimpiadalarının qalibləri və orta məktəbi əla qiymətlərlə bitirən şagirdlər də qəbul imtahanlarında yüksək nəticələr göstəriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə