“Azərbaycanda yazılı və şifahi tərcümənin tədrisində islahatlar” mövzusunda seminara yekun vuruldu
Sentyabrın 8-də Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Resurs Kompleksində (İRK) TEMPUS layihəsi çərçivəsində "Azərbaycanda yazılı və şifahi tərcümənin tədrisində islahatlar" mövzusunda seminara yekun vurulub. ADU mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, seminarda universitetin Tədris işləri üzrə prorektoru Natiq Yusifov, Beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova, Tərcümə fakültəsinin dekanı Vilayət Hacıyev iştirak edib.
Seminarda tədris metodologiyası, qiymətləndirmə meyarları haqqında, eləcə də ADU ilə Azərbaycan regionlarındakı universitetlərlə müəllim-tələbə mübadiləsi ətrafında müzakirələr aparılıb.
Daha sonra İtaliyanın Milan Universitetinin əməkdaşı öz tədris proqramları haqqında ətraflı məlumat verib.
Xatırladaq ki, TEMPUS layihəsi çərçivəsində "Azərbaycanda yazılı və şifahi tərcümənin tədrisində islahatlar" mövzusunda seminar 3 gün davam edib.
Seminarın keçirilməsinin əsas məqsədi isə dil dərslərinin keçirilmə mexanizmini müəyyən etmək və tədris planını hazırlamaqdan ibarət idi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB