Litvanın səhiyyə naziri Raymondas Şukis Bakıya səfər edəcək. SİA-nın verdiyi məlumata görə, nazir sentyabrın 12-də Azərbaycan paytaxtında keçiriləcək Ümumdünya Səhiyyə Təşkilatının (ÜMT) Avropa regional bürosunun sessiyasında iştirak edəcək.
Səfər çərçivəsində Şukis Azərbaycan Səhiyyə Nazirliyində bir sıra görüş keçirəcək və ölkənin səhiyyə sisteminin fəaliyyəti ilə tanış olacaq.
53 Avropa ölkəsinın səhiyyə nazirlərinin qatılacağı sessiyada səhiyyə sistemində yeni nailiyyətlərin tətbiqi, vərəmə dair strategiyanın qəbul olunması və antibiotiklərin düzgün istifadəsi kimi məsələlər ətrafında müzakirə aparılacaq. Bundan başqa, sessiyada Azərbaycan höküməti ilə ÜMT Avropa regional bürosu arasında ikiillik saziş imzalanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB