Saatlıda yeni dərs ili ərəfəsində məktəb və bağça binaları tikilir. SİA-nın Aran bürosuna məlumat verən Saatlı təhsil şöbəsinin müdür müavini Şöhrət Bədəlov bildirib ki, rayonda son illər dövlət proqramı çərçivəsində, eyni zamanda Heydər Əliyev Fondunun xətti ilə məktəb tikintisi və əsaslı təmiri layihələri həyata keçirilib.
Hal hazırda bu ışlərin davamı olaraq Saatlının Sarıcalar kəndində (1960-cı ilin əvvəllərindən uyğunlaşmış binada olduğu üçün) yeni 85 şagird yerlik məktəb tikilir. Bundan başqa 1970-ci ilin əvvəlində tikilib istifadəyə verilən 2 saylı şəhər orta məktəbi üçün də yeni 180 şagird yerlık bina tikilməkdədir.
Eyni zamanda 1962-ci ildə tikilən və bu günə qədər təmir edilməyən 70 yerlik uşaq bağçası əsaslı şəkildə təmir olunur. Hər üç təhsil müəssisəsində tikinti işləri Saatlı Rayon İcra Hakimiyyətinə dövlət tərəfindən ayrılan vəsait hesabına həyata keçirilir. Dövlətimizin bu qayğısı həm müəllimlərin, həm də şagirdlərin razılığına və sevincinə səbəb olub.
Tikinti işləri yüksək templə davam edir.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB