Azərbaycanda kardiocərrahiyyə xidmətinin təkmilləşdirilməsi işi davam etdirilir

Azərbaycanda kardiocərrahiyyə xidmətinin təkmilləşdirilməsi işi davam etdirilir

Sentaybrın 5-20-də Belarusiyanın Kardiologiya və Kardiocərrahiyyə İnstitutunun aparıcı mütəxəssisləri azərbaycanlı müdavimlər üçün elmi - praktiki seminarlar, master-klasslar və mühazirələr keçəcəklər. SİA-nın xəbərinə görə, bu tədbirlər Azərbaycanda kardiocərrahiyyə xidmətinin təkmilləşdirilməsi və keyfiyyətinin yüksəldilməsi məqsədi ilə təşkil olunacaq.

Akademik M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin bazasında təşkil olunacaq təlimlər kardiocərrahiyənin aktual məsələlərinə həsr olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə