Məktəblərin rasionallaşdırma tədbirləri tam həyata keçirilə bilmədi-MÖVQE
Məktəblərin rasionallaşdırma tədbirləri tam həyata keçirilə bilmədi. Bu barədə SİA-ya Təhsil Nazirliyinin şöbə müdiri Fərzəli Qədirov məlumat verib. O bildirib ki, respublikanın 3 rayonunda məktəblərin rasionallaşdırılması, birləşdirilməsi prosesi aparılıb. Onun sözlərinə görə, Ucar, İsmayıllı və Şirvan şəhərlərində Dünya Bankının layihəsi çərçivəsində bu işə başlanıb. Amma bu prosesi tam həyata keçirməyin mümkün olmadığını deyən F.Qədirov qeyd edib ki, məktəblərin birləşdirilməsi, şagirdlərin daşınması məsələləri müəyyən bir problemlərlə qarşılaşdı.
"Ona görə də məktəblərdə müəyyən bir infrastruktur yaradılsa da digər məsələlər həll edilə bilmədi. Sonradan qərara alındı ki, Ucar rayonunda bu iş həyata keçirilsin. Ancaq bu məsələ də tam hazır olmadığı üçün həyata keçirilməyib. Müəyyən mənada qanunvericilik bazası, digər infrastruktur məsələləri həll edilmədiyi üçün hələlik bu işə başlamaq mümkün olmayıb. Ancaq Təhsil Nazirliyinin strategiyasında bu məsələ öz yerini tutur. Hesab edirik ki, gələcəkdə rasionallaşdırma məsələsinə daha yüksək səviyyədə və sənədlər qəbul ediləndən sonra başlana bilər", - deyə o əlavə edib.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB