“Bu gün bağçaya uşaq qoymaq məktəbə uşaq qoymaqdan daha çətindir”-AÇIQLAMA

“Bu gün bağçaya uşaq qoymaq məktəbə uşaq qoymaqdan daha çətindir”-AÇIQLAMA

"Bu gün bağçaya uşaq qoymağın məktəbə uşaq qoymaqdan çətin olması ilə bağlı fikirlərlə tam razıyam. 2007-ci il oktyabrın 21-də Nazirlər Kabinetinin qərarına uyğun olaraq məktəbəqədər təhsil müəssisələrində valideyn haqqı ləğv edilib. Bu gün hansısa müəssisədə pul tələb olunursa, bu, qeyri-qanunidir".

Bu barədə SİA-ya Təhsil Nazirliyinin Məkəbəqədər təhsil sektorunun müdiri Nərminə Alnağıyeva məlumat verib. O bildirib ki, eyni zamanda, Təhsil Qanunun bəndlərindən birində valideynlərin könüllü surətdə məkəbəqədər təhsil müəssisələrinə yardımları nəzərdə tutulub. Nazirlik rəsmisi vurğulayıb ki, bütün inkişaf etmiş ölkələrdə valideynlər nəinki bağçalarda, ümumiyyətlə təhsilə köməklik göstərir.

Buna müsbət bir hal kimi baxdığını deyən N.Alnağıyeva qeyd edib ki, bütün məsələlər qanuni şəkildə, şəffaflıq şəraitində və valideynlərin iştirakı ilə edilsə daha yaxşı olar.

Bütün xəbərlər Facebook səhifəmizdə