Azərbaycanda ingilis dili üzrə beynəlxalq imtahan vermək istəyənlər üçün müjdə

Azərbaycanda ingilis dili üzrə beynəlxalq imtahan vermək istəyənlər üçün müjdə

Azərbaycanda ingilis dili üzrə beynəlxalq imtahan vermək istəyənlər üçün pulsuz master-klasslar keçiriləcək. SİA-nın xəbərinə görə, master-klasslar "Milli kadr resurslarının ümumdünya inteqrasiyası" layihəsi çərçivəsində keçiriləcək və IBT, IELTS, SAT, IGCSE, GMAT, GRE kimi dünyanın tanınmış imtahanlarının verilməsinə dəstəkdir. Master-klasslar sentyabrın 10-da Caspian Biznes Mərkəzində keçiriləcək.

Master-klassların keçirilməsi 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramının ümumi prinsiplərinə uyğundur. Gənclərin beynəlxalq imtahanları verməyə hazırlanması həm xaricdə təhsil almaq, həm də Azərbaycanda uğurlu karyera qurmaq üçün ilk addımdır. Master-klasslar çərçivəsində iştirakçılar imtahan verənlərin adətən üzləşə biləcəyi müxtəlif incəliklər və "sualtı daşlar" haqda məlumat əldə edəcək. "İştirakla təlim" interaktiv modeli iştirakçılara master-klasslar zamanı özlərinin imtahanlara hazır olub-olmadığını müəyyənləşdirməyə imkan verəcək.

Master-klassslar ingilis dili üzrə beynəlxalq imtahanlara hazırlıq sahəsində müsbət təcrübəyə malik olan Lingva-nın (www.lingva-school.com) müəllimləri tərəfindən keçiriləcək. Lingva-nın mütəxəssisləri ilə tam hazırlıq kursunu keçmiş şəxslərin təxminən 91%-ı sonradan xarici ingilis dilli ali məktəblərə daxil olmaq üçün uğurla imtahan verir.

Bütün xəbərlər Facebook səhifəmizdə