“Elektron Əmrlər” (E-Əmr) proqram təminatı üzrə treninqlərə start verilib
Sentyabrın 1-dən etibarən Səhiyyə Nazirliyi Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi tərəfindən tibb müəssisələrinin kadrlar şöbələrinin işinin təkmilləşdirilməsi məqsədilə yaradılan "Elektron Əmrlər" (E-Əmr) proqram təminatı üzrə treninqlərə start verilib. Nazirlikdən SİA-ya verilən xəbərə görə, yeni proqramın tətbiqi sahəsində səhiyyə müəssisələrində kadrlar üzrə əmrlərin verilməsi prosesi avtomatlaşdırılaraq vahid informasiya bazasında cəmləşdiriləcək və mövcud sistemlərlə inteqrasiya olunacaq.
Məsələn "e-Əmr" proqram təminatının müsbət cəhətinin biri onun bilavasitə tibb işçilərinin vahid registri ilə əlaqəli işləməsidir. Sistemdə qeyd olunan e-Əmrlər "Tibb işçilərinin vahid elektron registri"ndə avtomatik olaraq əmri verilən şəxsin məlumatlarında öz əksini tapır. Proqram təminatı 1 yanvar 2012-ci ildən istifadəyə verilməsi nəzərdə tutulub. Treninqə Bakı və regionlardan tibb müəssisələrinin mütəxəssisləri dəvət olunub.
Qeyd edək ki, "E-Əmr" mövzusunda treninqindən əlavə, Sertifikasiya Komisiyasının da insan resurslarına həsr edilmiş təqdimatları təşkil edilib. Bu təqdimatların məqsədi kadr mütəxəssislərinin iş prosesinin daha da təkmilləşdirilməsi və iştirakçıların səhiyyə sistemində kadr işinin aparılması ilə bağlı yeniliklərlə tanış edilməsinə xidmət edir.
Treninqlər sentyabrın 19-dək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB