Rezidenturaya sınaq imtahanında iştirak etmək üçün 480 namizəd qeydiyyatdan keçib

Rezidenturaya sınaq imtahanında iştirak etmək üçün 480 namizəd qeydiyyatdan keçib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) baza ali tibb təhsilli namizədlərin rezidenturaya qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə sentyabrın 10-da baza fənləri üzrə və 11-də isə ixtisas fənləri üzrə sınaq imtahanları keçirəcək. Bu gün saat saat 16:00-dək sınaq imtahanında iştirak etmək üçün 480 namizəd qeydiyyatdan keçib. Bu barədə SİA-ya TQDK-nın mətbuat katibi Elnur Nağızadə məlumat verib.

O bildirib ki, imtahana yazılış internet vasitəsilə sentyabrın 8-dək (saat 10:00-dək) aparılacaq: "Bunun üçün hər birinin qiyməti 3 AZN olan iki ədəd ödəmə kartı tələb olunur. Sınaq imtahanında baza ali tibb təhsili almış hər bir şəxs iştirak edə bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə