Nailə Rzaquliyeva: “Bu il Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrindən 9176 uşaq məktəbə yola salınacaq” - AÇIQLAMA

Nailə Rzaquliyeva: “Bu il Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrindən 9176 uşaq məktəbə yola salınacaq” - AÇIQLAMA

Hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində 307 məktəbədədər təhsil müəssisəsi var. Fəaliyyətdə olan 302 müəssisədə uşaqların sayı 34369 olmaqla 1539 qrup fəaliyyət göstərir. Həmin uşaqların təlim-tərbiyəsi ilə 3765 nəfər pedaqoji işçi məşğul olur.

SİA-nın xəbərinə görə bunu bugün "Hyatt Regency" otelində Bakı şəhər təhsil işçilərinin ənənəvi sentyabr konfransında çıxışı zamanı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva bildirib. O, yay tətili dövründə dövlət vəsaiti hesabına 57 uşaq bağçasında, 54 məktəbdə və 2 məktəbdənkənar təhsil müəsssisələrində təmir-tikinti işlərinə başlandığını, bu günlərdə isə əksər təhsil müəssisələrinin yenidən qurulması, təmiri işinin yekunlaşdığını qeyd edib. İl ərzində 7 məktəb, 8 körpələr evi-uşaq bağçası əsaslı, 15 məktəb, 23 uşaq bağçası, 1 məktəbdənkənar təhsil müəssisəsi isə cari təmir edilib.

Təhsil İdarəsinin müdiri ümumtəhsil məktəblərimizin 11-ci siniflərində dərs ilinin sonunda 23019 şagirdin olduğunu, onlardan 20304 nəfərinin yəni, 88,2 faizinin attestat alaraq tam orta təhsili başa vurduğunu deyib. Nailə Rzaquliyeva ilk dəfə olaraq bu il tam orta təhsili yüksək səviyyədə başa vurmuş 14 məzuna qızıl, 4 məzuna isə gümüş medal verildiyini xüsusilə qeyd edib: "Respublika üzrə 700 bal toplamış 4 abituriyentin hamısı Bakı məktəblərinin məzunlarıdır. "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsində qalib gəlmiş 50 məktəbdən 22-si, "Ən yaxşı müəllim" müsabiqəsinin 100 qalibindən 49 nəfəri Bakı təhsil müəssisələrinin payına düşür".

O, həmçinin çıxışında konfrans iştirakçılarına 2010-2011-ci tədris ilində idmançılarımızın ümumilikdə 775 medal, o cümlədən 262 qızıl, 241 gümüş, 272 bürünc medal qazandığlarını da bildirib.

Konfransda həmçinin bir sıra məktəb direktorları, müəllimlər və tələbələr çıxış edərək maraqlı fikirlər səsləndiriblər.


Bütün xəbərlər Facebook səhifəmizdə