Mahal Əliyev: “Məktəblilərin eyni formada tədris ilinə başlaması istiqamətində ciddi tədbirlər həyata keçirilib”

Mahal Əliyev: “Məktəblilərin eyni formada tədris ilinə başlaması istiqamətində ciddi tədbirlər həyata keçirilib”

Yeni tədris ili Gəncədə təxminən 6-ya yaxın təhsil ocağının əsaslı təmiri ilə başlayacaq. Bu məktəblər əsasən uzun illər bundan öncə istifadəyə verilən tədris müəssisələridir. Şəhər Təhsil Şöbəsinin rəisi Mahal Əliyev SİA-nn bölgə müxbirinə bildirib ki, təmir işləri əsaslı olduğundan bütün incəliklər nəzərə alınıb.

Bundan əlavə məktəblilərin dərsliklərlə təminatı məsələsi də həll edilib. Təxminən 47 mindən artıq yeni dərslik gətirilib və hazırda onların bölgüsü aparılır. Bu il vahid məktəbli formasına keçid də tam şəkildə həyata keçiriləcək.

"Forma məsələsi hər il gündəmdə olsa da tətbiqində bəzi çatışmazlıqlar olub. Ancaq yeni tədris mövsümündə bütün məktəblilərin eyni formada tədris ilinə başlaması istiqamətində ciddi tədbirlər həyata keçirilib və bu nəticəsini verəcək. Artıq yeni məktəbli formaları seçilib və yaxın günlərdə satışa çıxarılacaq", M. Əliyev sözlərinə əlavə edib.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə