Qaçqın və məcburi köçkün rayonlarının təhsil işçiləri ilə görüş keçirilib - TƏDBİR
Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komisisyasında (TQDK) qaçqın və məcburi köçkün rayonlarının təhsil işçiləri ilə görüş keçirilib. SİA-nın xəbərinə görə, TQDK və "Abituriyent" jurnalı redaksiyasının birgə təşkilatçılığı ilə baş tutan ənənəvi görüşdə Füzuli, Zəngilan, Laçın, Qubadlı, Cəbrayıl, Ağdam, Şuşa, Xocalı, Kəlbəcər və Xocavənd rayonlarının təhsil şöbələrinin nümayəndələri və məktbə direktorları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan TQDK-nın mətbuat katibi Elnur Nağızadə bildirib ki, hər il respublikanın müxtəlif bölgələrində müvəqqəti məskunlaşan qaçqın və məcburi köçkün rayonlarının təhsil işçiləri ilə görüşlərin keçirilməsi bir ənənəyə çevrilib. Onun sözlərinə görə, görüşlərdə məcburi köçkün və internat məktəblərinin nümayəndələri ilə fikir mübadiləsi aparılır və yekunda onlara fənlər üzrə test kitabçaları, vəsaitlər hədiyyə edilir.
Daha sonra çıxış edən "Abituriyent" jurnalının baş redaktoru Arzu Əliyev vurğulayıb ki, bu görüşün məqsədi qaçqın və məcburi köçkün məktəbləri şagirdlərini jurnalın vəsaitləri ilə təmin etmək, onlara tədris və köməkçi vəsaitlər çatışmazlığı problemlərinin həllində yardım göstərməkdir. O qeyd edib ki, qəbul proqramları və dərsliklər əsasında hazırlanan 12 min nüsxədən ibarət olan bu vəsaitlər müəllim və şagirdlər üçün yararlı olacaq, qəbul imtahanlarına hazırlıqla yanaşı, şagird nailiyyətlərinin məktəbdaxili qiymətləndirilməsi işində də əhəmiyyətli rol oynayacaq.
"Abituriyent" jurnalının məsul katibi Sədi Nuriyev isə bu gün dünyada yeni mərhələnin qoyulduğu və innovasiya təhsilinə keçildiyini bildirib. Onun sözlərinə görə, Azərbaycanda rəqabətədavamlı kadrların hazırlanması istiqamətində müəyyən tədbirlər həyata keçirilir. burada insan amilinin əsas rol oynadığını deyən S.Nuriyev vurğulayıb ki, onların hazırlanması da təhsil sistemi ilə bağlıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB