Nərminə Alnağıyeva: “5 şəhər, 36 rayon, ümumilikdə 44 məktəbəqədər təhsil müəsisəsinin əsaslı təmiri planlaşdırılır” - MÜNASİBƏT

Nərminə Alnağıyeva: “5 şəhər, 36 rayon, ümumilikdə 44 məktəbəqədər təhsil müəsisəsinin əsaslı təmiri planlaşdırılır” - MÜNASİBƏT
"Ölkə prezidenti İlham Əliyev tərəfindən "2011-2013-cüillərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" imzalanıb. Bu proqram çərçivəsində Bakı şəhəri və qəsəbələrində 137 məktəbəqədər təhsil müəsissənin əsaslı təmiri, eyni zamanda, bərpa gücləndirmə işləri və yeni məktəbəqədər təhsil müəssisəsi binalarının tikintisi nəzərdə tutulub".

Bu barədə SİA-ya Təhsil Nazirliyinin Məktəbəqədər təhsil sektorunun müdiri Nərminə Alnağıyeva məlumat verib. O bildirib ki, bu binalar əsasən məktəbəqədər təhsil müəssisələrinin olmasına daha çox ehtiyac olan Badamdar qəsəbəsi, Yasamal yaşayış massivində, Maştağa, Hövsan və Zabrat qəsəbələrində tikintisi nəzərdə tutulub. Onun sözlərinə görə, eyni zamanda, Nazirlər Kabinetinin müvafiq sərəncamına uyğun olaraq 5 şəhər, 36 rayon, ümumilikdə 44 məktəbəqədər təhsil müəsisəsinin əsaslı təmiri planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə