“Yeni maliyyələşmə mexanizminin tətbiqi abituriyentlərə ixtisas seçimində daha məsuliyyətli yanaşmağa və qərar verməyə kömək edib”-MÖVQE

“Yeni maliyyələşmə mexanizminin tətbiqi abituriyentlərə ixtisas seçimində daha məsuliyyətli yanaşmağa və qərar verməyə kömək edib”-MÖVQE

"Boloniya prosesinə əsasən, dövlət sifarişli ixtisaslara qəbul olan tələbələr təhsil aldıqları ali məktəbdə istədikləri səviyyədə təhsil almasalar, onların ixtiyarı var ki, digər ali məktəbdə öz təhsilini davam etdirsin. Bu qanunda belədir". SİA-nın xəbərinə görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komisisyasının sədri Məleykə Abbaszadə məlumat verib. O bildirib ki, ölkədəki universitetlər arasında mobillik hələki təmin olunmayıb.

Bunun obyektiv və subyektiv səbəblərinin olduğunu deyən M.Abbaszadə qeyd edib ki, dövlət sifarişli ixtisaslara qəbul olunan uşaqlar təhsilə çox ciddi yanaşırlar: "Bunu ikinci ildir ki, həyata keçiririk və müşahidə edirik ki, əvvəllər 10%-ə qədər müəyyən ixtisaslardan imtina var idisə, qəbul olunandan sonra gedib orada oxumurdularsa, indi dövlət sifarişli yerlərdə ümumiyyətlə imtina yoxdur. Dövlət sifarişli yerlərə qəbul olunan uşaqlar o zaman gəlib qeydiyyatdan keçmirlər ki, onlar eyni zamanda, dövlət proqramı çərçivəsində xaricdə oxumaq şansı qazanırlar. Belə uşaqların sayı isə 1%-dən də azdır. Biz görürük ki, yeni maliyyələşmə mexanizminin tətbiqi abituriyentlərə ixtisas seçimində daha məsuliyyətli yanaşmağa və qərar verməyə kömək edib".

Bütün xəbərlər Facebook səhifəmizdə