Tələbələr üçün “English Grambridge” adlı yeni dərslik hazırlanıb

Tələbələr üçün “English Grambridge” adlı yeni dərslik hazırlanıb

Bu yaxınlarda "English Grambridge" adlı yeni dərslik işıq üzü görüb. Azərbaycan Dillər Universitetindən SİA-ya verilən xəbərə görə, I və II kurs tələbələri üçün nəzərdə tutulan yeni nəşr ingilis dilində ünsiyyət bacarığını genişləndirmək və təkmilləşdirmək üçün dəyərli dərs vəsaitidir. ADU-nun İngilis dilinin qrammatikası kafedrasının müdiri, dosent Leyla Cəfərovanın həmmüəllifi olduğu kitabda qrammatik strukturu məna, tətbiq və situasiyayla əlaqəli olan ünsiyyət qrammatikasının tədrisindən bəhs edir. Dərslikdə verilən qrammatik izahatlar hər dil strukturunu asanlıqla qavramağa kömək edir. Kitabda yer alan ünsiyyət fəaliyyətinin müxtəlifliyi barədə fikirlər qrammatika və ünsiyyətə inteqrasiya etməyə kömək edir, eləcə də ifadə etməyi və dərk etməyi araşdırmağa imkan verir. Nəşrdə yer alan testlər bütün semestrlərdə öyrənilmiş əsas cəhətlərə qiymət verir. Kitabın elmi redaktoru ADU-nun Elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusov, rəyçiləri professorlar Nigar Vəliyeva, Balaxan Hüseynov, dosentlər Edison Hacıyev və Abbas Abbasovdur.

İngilis dilinin qrammatikası kafedrasının müdiri, dosent Leyla Cəfərovanın həmmüəllifi olduğu digər kitab isə "Glossary of grammatical terms and notions(Qrammatik terminlər və anlayışlar lüğəti)" adlanır. Lüğət ingilis dilinin qrammatikasının öyrənən tələbələr üçün nəzərdə tutulub. İngilis dilinin nəzəri və praktiki qrammatikası kursunu keçən tələbələr üçün zəruri bir mənbə olan lüğətdə bütün qrammatik terminlər düzgün və aydın yolla dəqiq və ardıcıl izah edilir. Həm praktiki, həm də nəzəri qrammatik kursları əhatə edən lüğəti tələbələrin biliklərini genişləndirməyə kömək edən və mövzularla əlaqəli istinadlar sistemini təqdim edən dəyərli vəsait kimi qiymətləndirmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə