Təhsil Nazirliyi boş qalan vakant yerlərə qəbul üçün yenidən müsabiqə elan edib

Təhsil Nazirliyi boş qalan vakant yerlərə qəbul üçün yenidən müsabiqə elan edib
Təhsil Nazirliyi 2011-2012-ci dərs ilində ümumtəhsil məktəblərində təsviri incəsənət, musiqi və nəğmə, fizika, biologiya, tarix müəllimi vəzifəsinə işə qəbulun nəticələrinə görə qalan vakant yerlərə qəbul üçün yenidən müsabiqə elan edib. Nazirlikdən SİA-ya verilən xəbərə görə, orta məktəblərdə təsviri incəsənət fənni üzrə 6, musiqi və nəğmə fənni üzrə 13, fizika fənni üzrə 90, biologiya fənni üzrə 128 vakant müəllim yeri qalıb. Qalan vakant yerlərdə işləmək istəyənlər sentyabrın 12-dək nazirliyə müraciət etməlidirlər. Müsabiqəyə imtahanlarda iştirak edərək keçid balını toplayanlar qatıla bilərlər.

2011-2012-ci tədris ili üçün Azərbaycanın orta məktəblərində müəllimlərin işə qəbulu üçün imtahanların keçirilməsinə iyulun 26-dan başlanılıb. Bu ildən Azərbaycanda müəllimlərin işə qəbulu üçün müsabiqə üç mərhələli keçirilir. 2011-2012-ci tədris ili üçün respublikanın orta məktəblərindəki 2177 vakant yerə 9342 nəfər sənəd verib. Vakant yerlərin 374-ü Bakının, 1803-ü isə digər rayon və şəhərlərin payına düşür. Ən çox vakant yer ibtidai sinif müəllimliyi üzrə olub.

Bütün xəbərlər Facebook səhifəmizdə