Bu gündən pedaqoji işçilərin rayon (şəhər) konfransları keçirilir

Bu gündən pedaqoji işçilərin rayon (şəhər) konfransları keçirilir

Bu gündən təhsil sistemində çalışan pedaqoji işçilərin rayon (şəhər) konfransları keçirilir. Təhsil Nazirliyindən SİA-ya verilən xəbərə görə, bu konfranslar sentyabrın 12-dək davam edəcək. Konfransda 2010-2011-ci tədris ilinin yekunları və 2011-2012-ci tədris ilində qarşıda duran vəzifələr müzakirələr ediləcək.

Konfranslar plenar və metodik bölmə iclaslarından ibarət olmaqla 2 gün ərzində keçiriləcək. Konfransların plenar iclaslarında \"2010-2011-ci dərs ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr\" mövzusunda rayon (şəhər) təhsil şöbəsi (idarəsi) müdirlərinin məruzəsi dinlənilib müzakirə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə