Məleykə Abbaszadə: “Bu gün ölkədə baytarlıq üzrə mütəxəssislərə daha çox ehtiyac var, nəinki həkimlərə” - AÇIQLAMA

Məleykə Abbaszadə: “Bu gün ölkədə baytarlıq üzrə mütəxəssislərə daha çox ehtiyac var, nəinki həkimlərə” - AÇIQLAMA

"Bu gün ölkə iqtisadiyyatında ayrı ixtisaslara tələbat daha çoxdur. Ölkədə baytarlıq üzrə mütəxəssislərə daha çox ehtiyac var, nəinki həkimlərə". SİA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, bu gün kifayət qədər əlində diplom olan və işləmək istəyən həkimlər var. Onun sözlərinə görə, təbii ki, ölkədə yaxşı həkimlərə hər zaman ehtiyac var.

"Azərbaycanda tibb ixtisasları yalnız Azərbaycan Tibb Universitetində və Naxçıvan Dövlət Universitetində, hüquq isə 3 universitetdə tədris olunur. Əsas məsələ ondadır ki, bazası, ənənəsi olan ali məktəblərdə yetişən mütəxəssislərin keyfiyyətindən razıyıqmı? İkincisi bu sahələr üzrə mütəxəssislər gələcəkdə özlərinə iş yeri tapa biləcək ya yox?", - deyə o əlavə edib.

M.Abbaszadə vurğulayıb ki, ali məktəblərdə müəyyən standartlara uyğunlaşmaq, ixtisaslar üzrə lisenziya almaq üçün proses çox şəffaf və düzgün olmaldıır. Onun sözlərinə görə, müəyyən tələblər olmalıdır ki, doğrudan da bu təhsil müəsisə lisenziyaya malikdir və o həmin mütəxəssisi hazırlaya bilər: "Amma həkim hazırlamaq üçün ən azından müəyyən klinikalar olmalıdır ki, ali məktəblər onlarla birgə işləsin. Təəssüflər olsun ki, Azərbaycanın müasir tarixində yalnız Azərbaycan Beynəxalq Universitetinin klinikası var idi və orada nə işlərin baş verdiyini də hər kəs bilir. Klinikanın və universitetin bağlanması yalnız Azərbaycan shəiyyəsinə və təhsilinə müsbət təsir gösərdi. Bu məsələnin gələcəkdə nə vaxt təkrarlana biləcəyini bilmirəm. Sadəcə normativ sənədlər elə hazırlanmalıdır ki, doğrudan da həmin ixtisas üzrə mütəxəssisləri hazırlamaq üçün ali məktəblər öz aralarında yarışa girsinlər".

Bütün xəbərlər Facebook səhifəmizdə