Qəbul imtahanlarda yüksək və aşağı nəticə göstərən rayon və şəhərlərin adları açıqlandı

Qəbul imtahanlarda yüksək və aşağı nəticə göstərən rayon və şəhərlərin adları açıqlandı

2011-2012-ci tədris ili üçün ali və orta ixtisas təhsili məktəblərinə keçirilən qəbul imtahanlarda builki məzunları yüksək və aşağı nəticə göstərən rayon və şəhərlərin adları açıqlandı.

SİA-nın xəbərinə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının şöbə müdiri Tariyel Bədəlov bildirib ki, cari il qəbul imtahanlarında ən yüksək nəticələri Bakı, Sumqayıt şəhərlərinin və Qax rayonunun builki məzunları göstərib. Onun sözlərinə görə, Qazax, Salyan, Neftçala, Qəbələ, Göyçay rayonlarının məzunlarının da nəticələri pis olmayıb: "Qusar, Ağsu, Yardımlı, Hacıqabul, İmişli rayonlarından olan məzunların nəticələri isə olduqca aşağıdır. Bu il atestat alan məzunların 19,6 faizi qəbul imtahanlarında iştirak etməyib. Qəbul imtahanlarında iştirak etmiş məzunların 28,3 faizi ali və orta ixtisas təhsili məktəblərinə qəbul olub".

Bütün xəbərlər Facebook səhifəmizdə