Sentyabrın 24-25-də Azərbaycanda rezidenturaya qəbul imtahanı keçiriləcək
Sentyabrın 10-11-də rezidenturaya hazırlaşan namizədlər üçün sınaq imtahanları keçiriləcək. Sınaq imtahanları sentyabrın 10-da baza fənləri üzrə, sentyabrın 11-də isə ixtisas fənləri üzrə təşkil olunacaq. SİA-nın xəbərinə görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında məlumat verib. O bildirib ki, sentyabrın 24-25-də Azərbaycanda rezidentura pilləsinə qəbul imtahanı keçiriləcək. TQDK sədri vurğulayıb ki, bununla da bütün pillələr üzrə qəbul imtahnaları bitəcək.
M.Abbaszadə imtahanların 2 gün ərzində
keçirilməsinə aydınlıq gətirib: "İmtahanda namizədlərə 200 sual təqdim
olunacaq, 100 sual ixtisas fəndindən, 100 sual isə əsas fənlərdən olacaq. Biz
gərək həmin gün gələcək həkimlərə istirahətləri üçün fasilə verəydik, bu isə
mümkün deyildi. Bu mümkün olmadığından bir imtahanı 2 gün ərzində keçirmək
qərarını gəldik".
M.Abbaszadə bildirib ki, ölkədə
bütün sənəd qəbulu elektron
formada keçdiyini kimi rezidenturaya qəbul olmaq istəyən namizədlər də öz sənədlərini
komissiyaya elektron formada təqdim edəcəklər: "Rezidenturaya sınaq
imtahanlarından sonra sənəd qəbuluna başlanacaq. Gələn həftə dəqiq tarixi élan edəcəyik".
M.Abbaszadə qeyd edib ki,
serntyabrın 18-də hakimlərin qəbul imtahanı təşkil olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB