Təhsil Nazirliyinin sektor müdiri: “Dövlət bağçalaına qəbul ödənişsizdir və \"fondpulu\"nun yığılması qeyri-qanunidir”

Təhsil Nazirliyinin sektor müdiri: “Dövlət bağçalaına qəbul ödənişsizdir və \"fondpulu\"nun yığılması qeyri-qanunidir”

Azərbaycanda məktəbəqədər təhsil müəssisələrində uşaqlara verilən qida normaları dəyişdirilməli və qida normaları üçün nəzərdə tutulan məbləğ artırılmalıdır. Çünki bunlar 1994-cü ildə Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş və bu günə qədər qüvvədə olan qida normalarıdır". SİA-nın xəbrinə görə, bunu jurnalistlərə Təhsil Nazirliyinin məktəbəqədər təhsil sektorunun müdiri Nərminə Alnağıyeva deyib.

Şöbə müdirinin sözlərinə görə, qida normalarının qiyməti artırılmalıdır. O, qeyd edib ki, artıq Təhsil Nazirliyi qida normalarında dəyişiklik edilməsi və bunun üçün dövlət büdcəsindən ayrılan məbləğin artırılması təklifi ilə Maliyyə Nazirliyinə müraciət edib: "Bu məsələnin müsbət həll olunacağı gözlənilir. Eyni zamanda biz qida norması üçün ayrılan məbləği təklif edə bilmərik. Çünki bu, ərzaqların mövcud qiymətlərindən asılıdır. Bu gün mövcud olan qida normalarına uyğun olaraq 1 gün ərzində bir uşağa düşən bütün qida normaları nəzərə alınaraq onların qiymətləri hesablanacaq və orta qiymət çıxarılacaq. Bu gün qüvvədə olan qida normalarına uyğun olaraq, bir uşağa gün ərzində 3 manat 94 qəpik xərclənməlidir\", - o deyib.

Uşaqların dövlət məktəbəqədər təhsil müəssisələrinə qəbul edilməsi ödənişsiz olduğunu xatırladan Təhsil Nazirliyinin sektor müdirinin sözlərinə görə, Nazirlər Kabinetinin 2007-ci il oktyabrın 1-də qəbul etdiyi qərara uyğun olaraq, məktəbəqədər təhsil müəssisələrində valideyn haqqı ləğv edilib: "Bu gün hansısa müəssisədə pul tələb olunursa, bu, qeyri-qanunidir. Lakin "Təhsil haqında" qanunda göstərilir ki, valideynlər təhsil müəssisələrinə könüllü yardım göstərə bilərlər. Bütün inkişaf etmiş ölkələrdə valideynlər məktəblərə, ümumiyyətlə, təhsilə yardım göstərə bilərlər. Amma bunun qanuni şəkildə, şəffaflıq şəraitində edilməsi daha yaxşı olar. Bundan əlavə, bağçalarda da fond pulunun yığılması qanunla müəyyən edilməyib".

Bütün xəbərlər Facebook səhifəmizdə