Təxminən 17 minə yaxın müəllim təqaüdə göndəriləcək

Təxminən 17 minə yaxın müəllim təqaüdə göndəriləcək

65 yaşlıların işdən çıxarılması Parlament tərəfindən təsdiq olunan qanundur, hər birimiz ona hörmətlə yanaşmalıyıq. SİA-nın xəbərinə görə, bu barədə təhsil naziri Misir Mərdanov jurnalistlərə verdiyi açıqlamasında bildirib. Nazir qeyd edib ki, bu prosesin artıq icrasına başlanılıb və bu təxminən 17 minə yaxın müəllimə şamil ediləcək. Bunu bir ilin içində həll etmək mümkün deyil. Zamanı gəldikdə bu məsələ öz həllini tapacaq. Əgər problemlər yaranarsa, onda ola bilər ki, bu məsələ saxlanılsın. Bu addımlar ona görə atılır ki, ölkədə təhsilin keyfiyyəti yaxşılaşsın təhsilə yeni nəfəs gənclər gəlsin. Ona görə də ağılla və zamanla bu məsələlərin həllinə getməliyik.


Könül Kamilqızı

Bütün xəbərlər Facebook səhifəmizdə