Misir Mərdanov: \"Ucqar yerlərdə müəllim işləmək isitəyənlərin sayı kifayət qədərdir\" - AÇIQLAMA
Orta məktəblərə müəllimlərinin işə qəbulu ilə bağlı indiyədək heç bir narahatçılıq yaranmayıb. SİA-nın xəbərinə görə, bu barədə təhsil naziri Misir Mərdanov jurnalistlərə verdiyi açıqlamasında bildirib.
Nazir qeyd edib ki, müəllim işlımək üçün 3000 vakant yerə 10000-ə yaxın şəxs iddialıdır. Onun sözlərinə görə, bu prosesə heç bir müdaxilə edilməyib. Bütün proses elektron qaydada həyata keçirilib: "Təbii ki, müraciət edənlərin heç də əksəriyyəti işlə təmin edilməyib, amma bununla belə bir nəfər də olsun prosesdən narazılıq edən yoxdur. Ucqar yerlərdə müəllim işləmək istəyənlərin sayı kifayət qədərdir və müəllimlərin kəndlərdə işləmək arzusu yüksək səviyyədədir".
Təhsil naziri təhsilin inkişafı üzrə 10 illik strategiyanın hazırlanması haqqında fikirlərə də münasibət bildirib. M.Mərdanov qeyd edib ki, strategiyanın hazırlanması üzrə işçi qrupu yaradılıb: "İnanırıq ki, üç ay vaxt tamam olana qədər bu yeni strategiya layihəsini prezident İlham Əliyevə təqdim edə biləcəyik".
Könül Kamilqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB