Xəbər verdiyimiz ki, sentyabrın 15-də yeni dərs ilinin başlanmasına sayılacaq günlər qalıb. Bununla əlaqədar olaraq, bütün ümumtəhsil məktəblərində 2011/2012-ci tədrsi ili üçün mühüm hazırlıq işləri görülür. Bu ərəfədə hər kəsi-valideynləri, müəllimləri, bütün təhsil ictimaiyyətini maraqlandıran məsələ orta və ali ümumtəhsil məktəblərinin mühafizə olunmasıdır. Təhsil müəssisələrinin mühafizəsi istiqamətində hər il Təhsil Nazirliyi ilə Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi birgə iş aparır.
Təhsil naziri Misir Mərdanov isə mətbuata açıqlamalarında bir neçə dəfə etiraf edib ki, bütün məktəblərin mühafizəsi mümkün deyil: "Azərbaycanda 7 mindən artıq təhsil müəssisəsi var. Onların hamısının hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən mühafizəsini təmin etmək reallıqdan uzaqdır. Buna böyük vəsait lazımdır. Ancaq ali təhsil müəssisələri öz vəsaitləri hesabına mühafizəni təşkil edə bilər və edirlər"
Yeni dərs ilində nə qədər məktəbin mühafizə olunacağı ilə bağlı məsələyə aydınlıq gətirmək üçün DİN-nin Baş Mühafizə İdarəsi ilə əlaqə saxladıq. İdarəsinin rəis müavini, polis polkovniki Sabir Quliyev SİA-ya açıqlamasında bildirib ki, ölkədə fəaliyyət göstərən ali və orta təhsil müəssisələri, həmçinin akademiyalarda mühafizənin təşkili üçün həmin təhsil müəssisələrinin hər biri Baş Mühafizə İdarəsinə müraciət ünvanlamalıdır. Onun sözlərinə görə, ay ərzində müraciətlərin hər biri idarənin yerlərdəki müvafiq qurumlarına daxil olur və ayın sonunda idarəyə təqdim olunur. Hazırda müraciətlərin sayı ilə bağlı statistik rəqəmlərin olmadığını deyən S.Quliyev gələn həftə onlarla əlaqə saxlamağı bildirdi. O qeyd edib ki, nəticələr və statistik rəqəməri yalnız sentyabrın 5-6-dan sonra söyləmək mümkün olacaq.
Qeyd edək ki, mövzuya yenidən qayıdacağıq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB