Tələbə Qəbulu üzrə Dövlət Komissiyası müasir informasiya texnologiyalarının yaratdığı geniş imkanlar sayəsində vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsi istiqamətində daha bir yenilik edir. TQDK-dan SİA-ya verilən xəbərə görə, sınaq imtahanına yazılmaq üçün istifadə edilən TQDK-nın virtual ödəmə kartlarını sms-lə əldə etmək mümkündür. Bunun üçün Azercell nömrələrindən 3 rəqəmini və ya sözünü 7735 nömrəsinə sms-lə göndərməlidirlər. Cavab olaraq abunəçiyə ödəmə kartının nömrəsi və PİN kodu göndəriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB