Gəncə şəhərində yeni dərs ilində 400-dən artıq pedaqoq təqaüdə göndəriləcək. Bu barədə SİA-nın bölgə müxbirinə Gəncə şəhər Təhsil Şöbəsinin rəisi Mahal Əliyev məlumat verib. O qeyd edib ki, ixtisara düşən müəllimlər arasında məktəb və bağça direktorları, həmçinin təhsil sahəsində yüksək vəzifələrdə çalışanlar da var.
Sərəncamın icrasına yeni dərs ilindən başlanılacaq. Məzuniyyət bitdikdən sonra müəyyən yaş həddini dolduran pedaqoqlarla bağlanan əmək müqaviləsi ləğv ediləcək.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB