1 Sentyabr Ukraynada yeni dərs ilinin başlanğıcıdır. SİA-nın Ukrayna bürosunun verdiyi məlumata görə, "Bilik günü" Ukraynanın bütün məktəblərində bayram əhval-ruhiyyəsilə qeyd olunub. Belə tədbirlərdən biri Vasilkov şəhərində 8 saylı orta məktəbdə keçirilib.
Tədbir Ukraynanın dövlət himni və Dövlət bayrağının məktəbə gətirilməsilə başlanıb. Məktəbə ilk qədəm qoyan uşaqları on birincilər xüsusi təmtəraqla təbrik etdikdən sonra bədii-əyləncəli hissə ilə tədbir davam etdirilib. Daha sonra ilk zəng vurulub və yeni dərs ilinə start verilib.
ƏLMANİZ Ələkbərli, Ukrayna bürosu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB