Elnur Nağızadə: “52 abituriyent imtahan qaydalarına zidd hərəkətlərə yol verdiklərinə görə imtahandan xaric olunublar” - AÇIQLAMA
Xəbər verdiyimiz
kimi, avqustun 28-də ümumi orta təhsil bazasinda (9 illik ) orta ixtisas
təhsili müəssisələrinə qəbul imtahanı keçirilib. TQDK-nın mətbuat katibi Elnur
Nağızadə bildirib ki, ilkin statistik məlumatlara
əsasən, imtahanda iştirak etmək üçün sənəd verən 31251 abituriyentdən 433
nəfəri imtaha gəlməyib. Onun sözlərinə görə, abituriyentlərdən 52 nəfəri
imtahan qaydalarına zidd hərəkətlərə yol verdiklərinə görə imtahandan xaric
olunublar: "Cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr TQDK-nın
internet saytında yerləşdiriləcək.TQDK avqustun 28-də Bakı, Naxçıvan, Gəncə,
Sumqayıt, Lənkəran, Mingəçevir, Şəki, Şirvan, Ağcabədi, Göyçay və Xaçmaz
şəhərlərində cari tədris ili üçün ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas
təhsili müəssisələrinə qəbul imtahanı keçirib. İmtahan bütün binalarda saat
13:00-da başlanmış və saat 14:30-da başa çatıb. Hazırda Komissiyada imtahan
protokollarının və cavab kartlarının emalı aparılır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB