German Marşal fondunun Türkiyə nümayəndəliyinin direktoru ADU-da olub
Bu gün Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, millət vəkili, professor Səməd Seyidov ABŞ-nın German Marşal fondunun Türkiyə nümayəndəliyinin direktoru Özgür Ünlühisarcıklını qəbul edib. ADU-dan SiA-ya verilən xəbərə görə, qonağı salamlayan rektor onu Azərbaycan Dillər Universitetində görməkdən məmnun olduğunu bildirib. Universitetin tarixindən danışan Səməd Seyidov universitetdə 14 dilin tədris olunduğunu qeyd edib: "Tədris olunan dillərlə yanaşı, həmin ölkələrin dil və mədəniyyət mərkəzlərinin universitetdə mövcudluğu tələbələrə həmin dilləri mənimsəməyə və ölkələri öyrənməkdə kömək edir".
Universitetin İnformasiya Resurs Kompleksindən danışan rektor, İRK-dan nəinki Azərbaycan Dillər Universitetinin tələbələrinin , eyni zamanda digər universitet tələbələri və əcnəbilərin də istifadə etdiyini qonağın diqqətinə çatdırıb. ADU-nun Türkiyənin Hacəttəpə və Ankara universitetləri ilə əlaqələrindən söz açan Səməd Seyidov həmçinin, rəhbərlik etdiyi ali təhsil ocağının Hacəttəpə və Fransanın Strasburq universitetləri ilə imzalanan müqavilə sayəsində tələbə mübadiləsinin həyata keçirildiyini bildirib.
Geman Marşal fondunun Türkiyə nümayəndəliyinin direktoru Özgür Ünlühisarcıklı da öz növbəsində Azərbaycan Dillər Universitetində ilk dəfə olduğunu bildirib və burda olmaqdan məmnun olduğunu qeyd edib.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB