Sentyabrın 19-24-də keçriiləcək Mədəniyyətlərdə Astronomiya Avropa Cəmiyyətinin (European Society for Astronomy in Culture) konfransında AMEA Şamaxı Astrofizika Rəsədxanasının elmi işçisi Abasəli Rüstəmov iştirak edəcək. AMEA-dan SİA-ya verilən xəbərə görə, konfrans Portuqaliyanın Evora şəhərində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə baş tutacaq. Abasəli Rüstəmov tədbirdə "Qədim Qobustan Günəş Rəsədxanası" mövzusunda elmi məruzə ilə çıxış edəcək.
Məruzə Qobustanın qayıq rəsmlərində əks olunan təqvim simvolizminin və 1 nömrəli Qaya obyekti taxçaların "mövsüm ölçmə" (günəş saatı) funksiyalarının tədqiqatlarından bəhs edir. Konfransda Avropa ölkələrinin arxeoastronomları ilə yanaşı, Hindistan, Rusiya, Qazaxıstan, Gürcüstan və İran İslam respublikasından olan tədqiqatçılar da iştirak edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB