Tam orta təhsil bazasında (11 illik) orta ixtisas məktəblərinə qəbul olanların qeydiyyat müddəti dəyişdirilib

Tam orta təhsil bazasında (11 illik) orta ixtisas məktəblərinə qəbul olanların qeydiyyat müddəti dəyişdirilib

Tələbə Qəbulu üzrə Dövlət Komisisyası tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmuş gənclərə müraciət edib. TQDK-dan SİA-ya verilən xəbərə görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədi ilə 2011-ci ilin 27 avqust istirahət günü ilə 29 avqust iş gününün yeri dəyişdirilib.

Odur ki, orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında (11 illik) qəbul olanların qeydiyyatı üçün son müddət 27 avqust saat 17:00 müəyyən edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə