Bu gün IX ənənəvi ASAIF Yay Forumu öz işinə başlayıb

Bu gün IX ənənəvi ASAIF Yay Forumu öz işinə başlayıb

Bu gün IX ənənəvi ASAIF Yay Forumu öz işinə başlayıb. İki gün davam edəcək Xaricdə təhsil alan və Bakı gənclər şəhərindən məzun olmuş azərbaycanlı gənclərin beynəlxalq forumunda 37 ölkədən 400-dən çox gənc tələbə iştirak edir. Forumda dövlət rəsmilərindən gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Misir Mərdanov, xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev, Azərbaycan respublikası Dövlət Neft Fondunun sədri Şahmar Mövsümov, ictimai siyasi xadimlər və dünyanın müxtəlif ölkələridə təhsil almış gənclər iştirak edirlər. Forumun əsas məqsədi xarici ölkələrdə təhsil alan gənclərin şəbəkələşən prosesini gücləndirmək, ortaq azərbaycanlılıq dəyərləri əsasında birləşərək ölkəmizin xaricdə təbliğatını daha da effetktiv təşkil etməyə kömək etmək, onların informasiya mübadiləsini və təbliğat işini günün mütləq tələbi olan internet üzərində qurulmasına yardım etməkdir. Forum çərçivəsində iştirakçıların fərqli mövzuları əhatə edən işçi qrupları üzrə müzakirələrə cəlb olunmaları planlaşdırılır. İşçi qruplarının mövzuları "Qarabağı tanı və tanıt", "2012 Avroviziya paytaxtının kəşfi" ,"Azərbaycının akademik təbliğatı" daxil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə