Təhsil naziri xaricdə təhsil alan azərbaycanlı tələbələrdən danışdı

Təhsil naziri xaricdə təhsil alan azərbaycanlı tələbələrdən danışdı

\"Hazırda azərbaycanlı gənclər dünyanın bir çox ölkələrində təhsil alırlar\". SİA-nın verdiyi məlumata görə, bunu təhsil naziri Misir Mərdanov jurnalistlərə verdiyi açıqlamasında bildirib. Onun sözlərinə görə, azərbaycanlıların ilk dəfə xaricdə təhsili 1919–cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyəti dövründə həyat keçirilib: \"Həmin dövrdə 100-ə yaxın gənc xaricdə təhsil alıb, amma onların çoxunun sonrakı taleyi barədə xəbər olmayıb. Bu gün isə vəziyyət tamamilə başqadır. Xaricdə təhsil alan azərbaycanlı tələbələr həm də ölkənin təmsilçisi kimi çıxış edirlər. Bu gün Azərbaycandan kənarda 10 minə yaxın gənc təhsil alır. Bu say hər il artaraq dəyişir. Azərbaycanlıların ən çox təhsil aldıqları ölkə Türkiyə, Rusiya və digər ölkələrdir\".

Təhsil nazirinin sözlərinə görə, müstəqilliyin ilk illərində xaricdə təhsil idarə olunurdu, bu gün isə xaricdə təhsil dövlət tərəfindən idarə olunur və ölkəni onların harada təhsil almağından daha çox ölkənin xaricdə necə təmsil edilməsi və sonradan necə işlə təmin etmək daha çox düşündürür. Nazir bildirib ki, ölkədə 2011-2015-ci illərdə Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı tərəfindən xaricdə təhsil üzrə Dövlət Proqramı icra olunur: \"Birici il 66 nəfər gənci xaricdə təhsil almağa göndərib. Bu il isə 275 nəfər gəncin sənədi təsdiqlənib. Bunlar isə qəbul imtahanında yüksək bal toplayan, təhsillərində yüksək uğurlar əldə edən gənclərdir. Azərbaycanlı gənclər xarici ölkələrdə daha çox kimya, fizika, riyaziyyat, həkimlik, informatika, ekologiya və digər bu kimi ixtisaslar üzrə təhsil alırlar. Bu gün Azərbaycan üçün bu sahələr üzrə daha çox ixtisaslı kadrlara ehtiyac var\".

Misir Mərdanov bildirib ki, son 20 illik müstəqillik dövründə Azərbaycan 50-60 illik inkişaf yolu keçib: "Azərbaycan dünyanın stabillik cəhətdən ən sabit ölkəsidir. İqtisadi cəhətdən də Azərbaycan dünyanın ən qabaqda gedən ölkələrindən biridir. Bunun üçün ulu öndər Heydər Əliyevə borcluyuq".

Onun sözlərinə görə, son iki ay ərzində prezident İlham Əliyev 20 təhsil müəssisəsinin açılışında şəxsən iştirak edib. "Azərbaycan təhsilinin 10 illik strategiyasının hazırlanması ilə bağlı ölkə prezidentinin tapşırığı uğurla icra olunur. Yaxın zamanlarda ölkə prezidenti tərəfindən Azərbaycan təhsilinin 10 illik strategiyası ilə bağlı sərəncam imzalanacaq"-deyə o əlav ə edib.

Könül Kamilqızı

Bütün xəbərlər Facebook səhifəmizdə