Nərminə Alnağıyeva: “Bir çox rayonlarda məktəbəqədər təhsil üzrə ixtisaslı kadrlara ehtiyac var” - AÇIQLAMA
"Bu gün məktəbəqədər təhsil müəssisələrində kadrlar olsa da kənd rayonlarında bu məsələ bir az çətindir. Yəni, çox vaxt həmin ərazilərdə ixtisaslı kadrlara ehtiyac var". Bu barədə SİA-ya açıqlamasında Təhsil Nazirliyinin Məktəbəqədər təhsil sektorunun müdiri Nərminə Alnağıyeva məlumat verib. O bildirib ki, kənd rayonlarında təhlil aparakən lazımi və ixtisaslı kadrların çatışmazlığı hiss edilir. Onun sözlərinə görə, elə ucqar rayonlar, kəndlər var ki, orada məktəbəqədər təhsili almayan kadrlar bu işlərə göndərilir.
"Çıxılmaz vəziyyətdə qalıb onlar məktəbəqədər təhsil müəssisələrinə cəlb olunublar ki, uşaqlarla məşğul olsunlar. Sözsüz ki, elə tərbiyyəçilərlə də ixtisasartırma kursları, metodik təlimlər, seminarlar keçirilir. Ən azı onlar savadlandırılması istiqamətində mühüm işlər görürlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB