Göygöldə ali məktəblərə yüksək balla qəbul olunan məzunlarla görüş keçirilib - FOTO
Göygöl rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov 2010-2011-ci tədris ilində ali məktəblərə yüksək balla qəbul olunan bir qrup tələbə ilə görüşüb. SİA-nın bölgə müxbiri xəbər verir ki, tədbirdə rayon Təhsil Şöbəsinin rəsmiləri, şagirdlər, onların valideynləri və digər şəxslər iştirak edib.
İcra başçısı bildirib ki, yola salınan təhsil ili uğurlu nəticələrlə yadda qalıb: "Ötən illə müqayisədə bu il ali təhsil müəssisələrinə yüksək balla qəbul olan tələbələrin sayı daha da artıb".
A. Seyidov Göygöldə elmə-təhsilə olduqca böyük önəm verildiyini və əldə olunan uğurların deyilənlərə bariz nümunə olduğunu dilə gətirib: "Rəsmi statistikaya əsasən, 2010-2011-ci tədris ilində Göygöl rayonunun orta təhsil müəssisələrini təxminən 700-dən artıq şagird bitirib. Bunlardan 500-dən çoxu attestat alıb və 410 nəfəri ali məktəblərə sənəd verib. İmtahanlardan 20-ə yaxın abituriyent daha uğurlu nəticə əldə edib. Belə ki, 6 abituriyent 600 dən artıq, 13 abituriyent isə 500-dən çox bal toplayaraq tələbə adını qazanıb".
Tələbələrdə onlara göstərilən diqqətə görə minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, görüşdə 600-dən yuxarı bal toplayan tələbələr iştirak edib.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB