“Son günlər paytaxtda yağan yağışlar sürüşmə zonasına heç bir mənfi təsir göstərməyib”-AÇIQLAMA

“Son günlər paytaxtda yağan yağışlar sürüşmə zonasına heç bir mənfi təsir göstərməyib”-AÇIQLAMA

\"Səbail rayonu Bayıl yamacında, Şəhidlər Xiyabanındakı "Əbədi məşəl" kompleksinin yaxınlığındakı sürüşmə baş verən ərazidə heç bir aktivləşmə qeydə alınmayıb\". Bu barədə SİA-ya açıqlamasında Səbail rayon İcra Hakimiyyətinin İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri İsrafil Kərimov məlumat verib. O bildirib ki, son günlər paytaxtda yağan yağışlar sürüşmə zonasına heç bir mənfi təsir göstərməyib. Onun sözlərinə görə, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yamac boyu suların axması üçün şırımlar açıblar ki, burada su yığılıb qalmasın.

"Bundan əlavə, FHN və mütəxəssiləri tərəfindən əraziyə mayaklar qoyulub. Teymur Elçin küçəsindən Xanlar küçəsi 1 ünvanına kimi yüksək tonajlı maşınların gedişinə tamamilə, minik avtomobillərin gedişinə isə qismən qadağa qoyulub. Dövlət yol polisinin əməkdaşları tərəfindən məsələyə nəzarət olunur", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə