Kimya müəllimləri üçün 103 vakant yer ayrılıb

Kimya müəllimləri üçün 103 vakant yer ayrılıb
Təhsil Nazirliyi 2011-2012-ci dərs ilində respublikanın ümumtəhsil məktəblərinə kimya müəllimi vəzifəsinə işə qəbulun nəticələrinə görə vakant qalan yerlər barədə məlumat yayıb. Nazirlikdən SİA-ya verilən xəbərə görə, 12 avqust tarixində kimya müəllimlərinin işə qəbulu üzrə müsabiqədə iştirak edərək keçid balını toplayanlar 103 vakant yerlərdən birini seçə bilərlər. Göstərilən vakant yerlərdə işləməyi arzu edərlərsə sentyabr ayının 2-dək Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinə ərizə ilə müraciət edə bilərlər. 103 vakant yerən 2-si Bakı, qalan 101 yer isə region məktəblərinin payına düşür.

Bütün xəbərlər Facebook səhifəmizdə