Azərbaycan dili və ədəbiyyat müəllimi vəzifəsinə işə qəbulun nəticələrinə görə vakant qalan yerlər açıqlanıb
Təhsil Nazirliyi 2011-2012-ci dərs ilində respublikanın ümumtəhsil məktəblərinə Azərbaycan dili və ədəbiyyat müəllimi vəzifəsinə işə qəbulun nəticələrinə görə vakant qalan yerlər barədə məlumat yayıb. Nazirlikdən SİA-ya verilən xəbərə görə, 08-11 avqust tarixlərində Azərbaycan dili və ədəbiyyat müəllimlərinin işə qəbulu üzrə müsabiqədə iştirak edərək keçid balını toplayanlar 93 vakant yerlərdən birini seçə bilərlər. Göstərilən vakant yerlərdə işləməyi arzu edərlərsə, sentyabr ayının 2-dək Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinə ərizə ilə müraciət edə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB