Təhsil işçilərinin Respublika Konfransı keçiriləcək

Təhsil işçilərinin Respublika Konfransı keçiriləcək

Sentyabrın 3-də "Gülüstan" sarayında Təhsil İşçilərinin Respublika Konfransı keçiriləcək. Təhsil Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Billurə Cavadzadədən aldığımız xəbərə görə, 5-12 sentyabr tarixlərində Azərbaycan ümumtəhsil sisteminin rayon (şəhər) pedaqoji işçilərinin konfransı təşkil olunacaq. Konfransın məqsədi mövcud vəziyyətin obyektiv qiymətlədirilməsi yolu ilə 2011-2012-ci tədris ilində qarşıda duran tapşırıqların müzakirəsindən ibarətdir. Plenar və metodik hissələrdən ibarət ikigünlük konfransın planı artıq hazırlanıb. Plenar iclasda rayon (şəhər) təhsil şöbəsi (idarəsi) rəhbərləri "2010-2011-ci tədris ilin yekunu, və 2011-2012-ci il üçün tapşırıqlar" mövzusunda hesabat ilə çıxış edəcəklər.

Metodiki iclas məktəbəqədər təhsil müəssisələri, məktəb direktorları, məktəb direktorlarının müavinləri, fənlər üzrə metodik rəhbərlər, məktəb kitabxanaçıları, təcrübə keçən məktəb psixoloqları və s. üçün keçiriləcək. İrəli sürülən təkliflər sentyabrın sonuna kimi Naxçıvan MR Təhsil Nazirliyinə, Bakı şəhər Təhsil İdarəsi, Gəncə şəhər Təhsil İdarəsi, Təhsil Problemləri İnstitutuna yönəldiləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə