Faiq Şahbazlı: “Artıq rayonların 60-70%-nə yeni dərsliklər göndərilib”
\"Növbəti tədris ili üçün dərsliklərin hazırlanması prosesi başa çatıb və onların yerlərə çatdırılmasına başlanıb\". Bu barədə SİA-ya açıqlamasında Təhsil Nazirliyinin dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı məlumat verib. O bildirib ki, xeyli müddət öncə ilk növbədə Naxçıvana, daha sonra avqustun 9-dan 12-dək Bakı məktəblərinə dərsliklər göndərilib. F.Şahbazlının sözlərinə görə, avqustun 13-dən isə Bakıətrafı və kənd rayonlarına dərsliklərin göndərilməsinə başlanıb.
"Artıq təxminən yerlərin, rayonların 60-70%-nə dərsliklər göndərilib. Qalan rayonlara da dərsliklərin çatdırılması istiqamətində işimizi davam etdirirk. Bu gün daha 4 rayona dərsliklər göndərilir. Hər gün dərliskləri 4-5 rayona göndərə bilirik. Bu gün dərsliklərin 96-97%-i bazaya təhvil verilib və bu dərsliklərin yerlərə çatdırılmasının sentyabrın 1-dək yekunlaşdırılması nəzərdə tutulur. Daha sonra dərslər başlayana kimi qalan dərsliklər yerlərə göndəriləcək", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB