Misir Mərdanov: «Ümumtəhsil məktəblərində təlim-tərbiyənin keyfiyyəti müasir dövrün tələblərinə tam cavab vermir»
\"Etiraf etmək lazımdır ki, ümumtəhsil məktəblərində təlim-tərbiyənin keyfiyyəti müasir dövrün tələblərinə tam cavab vermir, bu sahədə problemlər hələ də qalmaqdadır\". SİA-nın xəbərinə görə, bunu təhsil naziri Misir Mərdanov təhsil işçilərinin 2011-ci il sentyabr konfranslarının keçirilməsi haqqında imzaladığı əmrdə qeyd edib. Burada bildirilir ki, təhsil orqanları tərəfindən məktəb rəhbərlərinin vəzifə funksiyalarını lazımi səviyyədə yerinə yetirmələrinə ciddi nəzarət olunmur, idarəetmənin hesabatvermə,məsuliyyətin bölüşdürülməsi və inkişafın monitorinqi prinsipləri əsasında qurulması diqqətdən kənarda qalıb. Rayon və şəhərlərdə bir sıra məktəb direktorları şagird kontingentinin sabit saxlanmasına laqeyd münasibət göstərir, xüsusilə yuxarı siniflərdə dərsə davamiyyətin normal təşkilini təmin edə bilmirlər. Təhsildən yayınan şagirdlərin məktəb hesabatına daxil edilməklə adlarının sinif jurnalına yazılması faktları var ki, bu da son nəticədə maliyyə pozuntusuna gətirib çıxarır.
Əksər məktəblərdə şagird nailiyyətlərinin monitorinqinin təşkili yarıtmaz vəziyyətdədir. Ona görə də məktəb rəhbərlərindən bir çoxunun dərs illəri ərzində şagirdlərin təlim göstəricilərindən hətta xəbərləri belə olmur. Məktəb şəbəkəsinin optimallaşdırılması sahəsində zəruri tədbirlərin görülməməsi, kadr siyasəti düzgün aparılmadığından məktəblərdə lüzumsuz olaraq xeyli artıq müəllim saxlanması, xüsusən, ibtidai sinif müəllimi sıxlığının yaranması, eləcə də aparat və metodkabinet əməkdaşlarının böyük əksəriyyətinin müasir təhsil innovasiyalarını mənimsəməməsi yerli təhsil orqanlarının fəaliyyətindəki ciddi qüsurlardanhesab edilir.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB