Təhsil naziri mərkəzləşdirilmiş payız buraxılış imtahanlarının keçirilmə vaxtlarını açıqlayıb
Təhsil naziri Misir Mərdanov 2010/11-ci dərs ilində respublikanın bütün ümumtəhsil məktəblərində ümumi orta təhsil səviyyəsi üzrə payız buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada aparılması ilə bağlı əmr imzalyıb. SİA-nın xəbərinə görə, əmrdə qeyd olunur ki, 2010/11-ci dərs ilində respublikanın bütün ümumtəhsil məktəblərində (Naxçıvan MR istisna olmaqla) və peşə liseylərində ümumi orta təhsil səviyyəsi üzrə payız buraxılış imtahanları 2-10 sentyabr tarixlərində saat 14.30-da keçiriləcək. Belə ki, imtahanlar Şirvan şəhəri, Ağcabədi, Hacıqabul, Kürdəmir, Saatlı, Sabirabad, Beyləqan, İmişli, Ucar, Zərdab, Laçın və Cəbrayıl rayonlarında 2 sentyabr, Astara, Biləsuvar, Cəlilabad, Lənkəran, Masallı, Salyan və Neftçala rayonlarında 5 sentyabr, Gəncə, Mingəçevir və Naftalan şəhərləri, Ağsu, Ağdaş, Göyçay, Samux, Daşkəsən, Goranboy, Göygöl, Xocavənd və Tərtər rayonlarında 6 sentyabr, Sumqayıt şəhəri, Abşeron, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran və Xızı rayonlarında 7 sentyabr, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Qobustan, Şəki, Zaqatala, Balakən, Lerik və Yardımlı rayonlarında 8 sentyabr, Ağdam, Ağstafa, Bərdə, Füzuli, Gədəbəy, Qazax, Şəmkir, Tovuz və Yevlax rayonlarında 9 sentyabr, Bakı şəhərində isə 10 sentyabr tarixində baş tutacaq. Məcburi köçkün rayonlarının işğal altında olan ərazilərində yerləşən ümumtəhsil məktəblərində buraxılış imtahanı onların məskunlaşdıqları şəhər və rayonların ümumtəhsil məktəbləri üçün bu əmrlə müəyyənləşdirilmiş tarixlərdə təşkil olunacaq.
. Təlim gürcü dilində olan məktəblərin IX (X) siniflərində payız buraxılış imtahanlarının aparılması Təhsil Nazirliyi tərəfindən hazırlanmış imtahan materialları gürcü dilinə tərcümə edilməklə, müvafiq rayon təhsil şöbələrinə tapşırılsın.
Ümumi orta təhsil səviyyəsi üzrə payız imtahanları verən şagirdin imtahan qiymətləri imtahan fənləri üzrə şəhadətnaməsinə yazılacaq yekun qiymət hesab olunacaq. Əmrdə həmçinin Monitorinq və qiymətləndirmə şöbəsi (T.Hacıyeva) və Təhsilin idarəolunmasının məlumat sistemləri şöbəsi (İ.Sadıqov) ümumi orta təhsil səviyyəsi üzrə payız buraxılış imtahanları verən şagirdlər haqqında müvafiq baza məlumatlarının toplanmasını həyata keçirməyi, Monitorinq və qiymətləndirmə şöbəsi və Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsi payız buraxılış imtahan nəticələrinin təhlili əsasında zəruri təşkilati mexanizmlərin qurulması, onların koordinasiya olunması ilə bağlı təkliflər hazırlanmağı, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, bütün şəhər (rayon) təhsil şöbələri, bilavasitə Təhsil Nazirliyinin nəzdindəki ümumi təhsil müəssisələrinin direktorları, ümumi orta təhsil səviyyəsi üzrə payız buraxılış imtahanlarının keçirilməsi ilə əlaqədar məktəb rəhbərlərinin, müəllimlərin, şagirdlərin və valideynlərin məlumatlandırılması işini təşkil etmələri, imtahan mərkəzlərini müəyyənləşdirərkən Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsi ilə razılaşdırmaları tapşırılıb. Əmrdə vurğulanır ki, payız buraxılış imtahanına qalmış şagirdlərin imtahanlarda iştirakını təmin etsinlər, kənd rayonları üzrə ümumi təhsil şöbəsi nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi ilə bağlı şəhər (rayon) təhsil şöbələrinə lazımi köməklik göstərsin, iqtisadiyyat şöbəsi payız buraxılış imtahan materiallarının çap olunması ilə bağlı smeta sənədlərinin hazırlanmasını təmin etsin və ictimaiyyətlə əlaqə şöbəsi əmrin "Azərbaycan müəllimi" qəzetində və \"Təhsil xəbərləri\" məcmuəsində dərc olunmasını, payız buraxılış imtahanlarının nəticələrinin ictimaiyyətə çatdırılmasını həyata keçirsin.
Əmrin icrasına nəzarəti təhasil naziri Misir Mərdanov öz üzərimdə saxlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB