Gənclər üçün Təhsil Mərkəzi bu gündən etibarən "Azərbaycan Təhsil Kataloqu"nun hazırlanmasına başlayır. Gənclər üçün Təhsil Mərkəzindən SİA-ya verilən xəbərə görə, ölkədə ilk dəfə hazırlanacaq kataloqun əsas məqsədi təhsillə əlaqədar olan bütün qurumlar, onların fəaliyyətləri və təklif etdikləri xidmətlər, əlaqə vasitələri və s. haqqında daha rahat məlumat əldə etməkdir.
Kataloqda yalnız təhsil müəssisələri deyil, eyni zamanda təhsil sahəsi ilə bağlı olan QHT və KİV-lər, kommersiya şirkətləri və kurslar haqqında informasiyalar yer alacaq. Mərkəzin informasiya bölməsindən verilən məlumata görə kataloqun hazırlanması üçün 7 nəfərlik işçi qrup yaradılmış və onlar bu müvafiq işlərə başlayıblar.
Qeyd edək ki, cari ilin sonuna qədər tamamlanması nəzərdə tutulan kataloq pulsuz paylanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB