Ali məktəblərə qəbul olanların qeydiyyat müddəti bu gün saat 14.00-da bitəcək
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2011/2012-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olanların qeydiyyat müddətini bu gün saat 14:00-dək uzadıb.
TQDK-nın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, qeyd olunan müddətdə qeydiyyatdan keçməmək həmin şəxsin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul olunması haqda əmri tədris müəssisəsinə göndərilməyəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB