TQDK-dan 600-dən çox bal toplayan abituriyentlərə xəbər

TQDK-dan 600-dən çox bal toplayan abituriyentlərə xəbər

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinə yüksək balla qəbul olan gənclərin təcrübəsinin öyrənilməsi, yayılması, ictimaiyyətə tanıdılması və mükafatlandırılması məqsədilə bir sıra tədbirlər keçirməyi nəzərdə tutub.


TQDK-nın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, "Abituriyent" jurnalının ayrıca bir nömrəsi də bütünlüklə onlara həsr ediləcək.


Ona görə də 600 və daha yüksək bal toplayan gənclər "Abituriyent" jurnalının 6-cı sayında və ya TQDK-nın internet saytında verilən anket sorğusunu doldurmalı və onunla birlikdə 1 ədəd 3x4 sm ölçüdə, keyfiyyətli çəkilmiş rəngli fotoşəkili TQDK-ya və ya onun Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Quba şəhərlərində yerləşən regional bölmələrindən birinə təqdim etməlidirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə