Bakıda yağış yağacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti avqustun 18-nə olan hava haqqında məlumatı açıqlayıb. SİA-nın məlumatına görə, Bakıda və Abşeron yarımadasında bu gün hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 22-25, gündüz 30-34 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu isə 24-25 dərəcə isti olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə