Bu gün Səhiyyə Nazirliyi (SN) tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanları keçirilir. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, imtahanlar ümumi cərrahiyə və anesteziologiya – reanimotologiya ixtisasları üzrədir.
Qeyd edək ki, sertifikasiyaya dair test imtahanlarına 2011-ci ilin yanvar ayında start verilib. Sertifikasiya prosesinin birinci mərhələsində tibb mütəxəssislərinin hər biri ixtisaslarına uyğun test imtahanlarında iştirak edirlər. Birinci mərhələdən müvəffəqiyyətlə keçən tibb mütəxəssisləri ikinci mərhələyə - müsahibəyə dəvət olunurlar. Test imtahanları Səhiyyə Nazirliyinin Respublika Elmi-Tibbi Kitabxanasının binasında keçirilir
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB