Şimali Kipr Türk Cümhuriyyətinin universitetləri azərbaycanlı tələbələrə təhsil haqqında 50 faiz güzəşt edir

Şimali Kipr Türk Cümhuriyyətinin universitetləri azərbaycanlı tələbələrə təhsil haqqında 50 faiz güzəşt edir

Avropa standartlarına uyğun təhsil almaq artıq azərbaycanlılar üçün xəyal deyil. Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) ingilis dilində təhsil verən 6 uni­versitet məzunlarına qazandıqları biliklər sayəsində dünyanın hər yerində pers­pek­­tivli iş tap­maqda, karyera qurmaqda və gələcəyə etibarlı tə­minat yaratmaqda yar­dımçı olur.

ŞKTC universitetlərinin Azərbaycan vətəndaşları üçün təhsil haq­­­qını 50 faiz azalt­ması iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinə daha bir əyani sübut­dur. Avropa universitetlərindən fərqli olaraq, bu ölkənin ali təhsil müəssisələri məhz azərbaycanlı tələbələrə bir sıra məsələlərdə güzəştlər tət­biq edir. Məhz bu səbəbdən də hər il yüzlərlə azərbaycanlı gənci ali təhsil almaq üçün ŞKTC universitetlərini seçirlər.

ŞKTC-nin 6 universiteti (Yakın Doğu Universiteti, Lefke Avropa Univer­siteti, Uluslararası Kıbrıs Universiteti, Orta Doğu Teknik Universiteti, Kuzey Kıb­rıs Kam­pusu, Girine Amerika Universiteti, Doğu Akdeniz Universiteti) 2011-ci ildə də azər­baycanlı abituriyentlərin qeydiyyatdan keçməsini gözləyir. ŞKTC-də təhsil im­kanı artıq tam realdır.

Ali təhsil üçün niyə məhz Şimali Kirp Türk Cümhuriyyətinin uni­versitetləri seçilməlidir?

İlk növbədə ona görə ki, məhz bu universitetlər məzunlarını beynəlxalq aləmdə tanınan diplomla təmin edirlər. Həmin diplomlar azərbaycanlı gənclərə dünyanın istənilən yerində iş tapmaq imkanı yaradır. Dost ölkənin təhsil sistemi eyni zamanda tələbələrə reytinq cədvəlində birincilik qazanmış beynəlxalq univer­si­tet­lərdə təhsillərini davam etdirmək şansı da verir.

Yüksək təhsil standartlarını həyata keçirən Şimali Kipr universitetləri məzunlarına gələ­cək­də istədikləri ölkə­nin elm müəssələrində elmi tədqiqatçı kimi çalışmaq imkanına təminat yaradır. Çünki dünya miqyasında məşhur olan alimlər, professorlar ŞKTC-nin ali təhsil ocaqlarında dərs deyirlər. Onların yetir­mələri Avropa və Amerika universitetlərində tədqi­qat­çı alim olaraq adlarını tarixə yazıblar.

Bütün rahatlığı və texniki təchizatı ilə seçilən müasir hazırlıq kurslarının ol­ması burada təhsilin keyfiyyətini daha da yüksəldir. Məhz buna görə də ŞKTC universi­tetlərinə ali təhsil üçün müraciət edənlərin sayı ildən-ilə çoxalır. Tələbə şəhərciklərinin böyüməsi və genişlənməsi bu məkanı "təhsil adası"na çevirir.

Yüksək səviyyəli mədəni mühitin olması isə gənclərin dünyagörüşünü artırır. ŞKTC-də 87 fərqli ölkədən gələn, sayı ildən-ilə artan tələbə kontingenti təhsil alır. Müasir dünyada isə fərqli mədə­niyyətlərin qovuşması universitetlər üçün əhə­miy­yətli məsələlərdən sayılır. Bu baxımdan ŞKTC-nin sözügedən universitetləri azər­baycanlı tələbələrə həm də fərqli mədəniyyətləri mənimsəmək fürsəti verir.

Etibarlı çevrənin olması uşaqlarını xaricdə oxutmaq niyyətində olan vali­deyn­­lər üçün əsl müjdədir. Məlumat üçün bildirək ki, ŞKTC adambaşına düşən cinayətlərin ən aşağı olduğu ölkələrdən biridir. Adada dövlətin hüquq-mühafizə orqanlarından savayı, universitetlərin özəl mühahifə sistemlərinin də mövcudluğunu nəzərə alsaq, qız övlad­larını ŞKTC-yə ali təhsil almağa göndərmək istəyən vali­deynlərin na­rahatlığına hansısa səbəb qalmır. Hazırlıq kurslarında xüsusi ka­me­raların quraşdırılması, kənar şəxslərin yataqxanalara buraxılmaması tələbələrin təh­lükəsizlik təminatını artırır.

Şimali kiprlilərin azərbaycanlılarla eyni mədəniyyətə sahib olmaları, eyni dildə danışmaları tələbə adını daşıyan soydaşlarımızın bu ölkədə rahat gəzib-do­laşma­larına, yaşadıqları toplumun üst qurumları ilə sıx əməkdaşlıq etmələrinə, gənclərlə ünsiy­yət qurmalarına, ictimai fəaliyyətlə məşğul olmalarına geniş imkan­lar açır.

Azərbaycanlılar kiprlilərin nəzərində həmişə dost, qardaş olublar. Bu səbəb­dən hər bir kiprlinin qapısı azərbaycanlı gənclərin üzünə açıqdır. Sadə kiprli azər­baycanlı uşaqlarını öz övladından qətiyyən ayrı tutmur. Soydaşlarımız ŞKTC-də öz­lərini heç vaxt yad hiss etmirlər.

Azərbaycanda qeydiyyatdan keçmiş abuturiyentlərə TQDK-dan topladıqları ballara görə özəl təqaüd və endirimli təhsil haqqı verilir. Bununla yanaşı, bütün uni­versitet tələbələrinə müvafiq yataqxana və yemək xidməti göstərilir. ŞKTC-də ali təhsil alan tələbənin yaşayış xərcləri də birgə aylıq xərci 450-600 dol­lar arasında dəyişir. Bu da illik təhsil xərcinin təxminən 5-6 min AZN olması de­məkdir.

ŞKTC-də hər bir tələbəyə ingilis dilində təhsil imkanı da verilir. Bütün bu əlverişli imkanlardan bəhrələnmək istəyənlər daha ətraflı məlumat əldə etmək üçün ŞKTC-nin Bakıdakı nümayəndəliyinə müraciət edə bilərlər (tel: +99412 4982495, e-mail: [email protected]).

Bütün xəbərlər Facebook səhifəmizdə